Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zooparkdan paylaşılan şəkillər hamını heyrətə gətirdi - Fotolar

Sudanın Xartum şəhərində fəaliyyət göstərən Al-Qureshi heyvanat zooparkından paylaşılan fotoşəkillər insanı heyrətləndirir. Zooparkda saxlanılan aslanlar o qədər ac qalıblar ki, heyvanlar sözün həqiqi mənasında bir dəri, bir sümük vəziyyətinə düşüblər.

Zooparkda bütün heyvanlar aclıq çəkir. Zoopark rəhbərliyi bunu ölkəni bürümüş iqtisadi böhranla əlaqələndirib. Ən acınacaqlı vəziyyətdə isə aslanlardır. Həkimlərin dediyinə görə, heyvanlar çəkilərinin üçdə ikisini itiriblr.

Sudanda zoopark - Aslanlar

Onların dərisi altından sümüklərini rahatlıqla sezmək olur. Hətta aslanlardan birinin ağzına damcı yolu ilə qida ötürülür. Artıq aclıq çəkən heyvanlardan bir neçəsi ölüb. Zoopark əməkdaşları yerdə qalan heyvanlara öz vəsaitləri hesabına yemək alırlar.

Sudanda zoopark - Aslanlar Sudanda zoopark - Aslanlar

Bu xəbər ekoloqların həyəcanına səbəb olub. Bildirilib ki, 1993-2014-cü illərdə Afrika aslanlarının sayı 43 faiz azalıb, Yer üzündə onların cəmi 20 min nümayəndəsi qalmaqdadır. Hazırda Al-Qureshi zooparkı sağ qalmış vəhşilərin xilas olması üçün onlara yeni ev sahibləri axtarmaqdadır.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »