“Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Tel Abyadda 2-10 yaşları arasında olan uşaqlara geyim əşyaları yardımı edilib.
Bu barədə Bizimyol.info-ya Türkiyə səfirliyindən məlumat verilib.
Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilir ki, “Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən bölgəyə yardımlar davam edir. Uşaqların üzləri gülümsəyir. Tel Abyadda 2-10 yaşları arasında olan uşaqlara geyim əşyaları yardımı edildi” .
Sülh elçisi və dinc sakinlərin ümidi olan Türk əsgəri, “Sülh Çeşməsi” əməliyyatı ilə bölgədə əmin-amanlığı bərqərar etməyə və əhaliyə yardım etməyə davam edir.
İlhamə Rəsulova
Bizimyol.info