Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mikroavtobus piyadanı vurub

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin giriş hissəsində Sülh küçəsində qeydə alınıb.

"Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan keçən 20 yaşlarında olan gənc oğlanı vurub. Qəza nəticəsində piyada - 1993-cü il təvəllüdlü Məmmədov Tural Məmməd oğlu aldığı xəsarətlərdən ölüb. Mikroavtobusun sürücüsü piyadanı vurduqdan sonra nəqliyyat vasitəsini yol kənarındakı işıq dirəyinə çirpıb. Sürücü - 1972-ci il təvəllüdlü Elimdar Hüseynov və sərnişin - 1995-ci il təvəllüdlü Aidə Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.(apa)

Son xəbərlər
Bütün xəbərlər »