Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Axtarışda olan narkotacir tutulub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları ilə bağlı əməliyyat keçirilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) Allahşükür Məmmədov saxlanılıb.

Davam etdirilən araşdırmalarla onun yaşadığı ünvana baxış keçirilmiş, evindən 101 qrama yaxın heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Faktla bağlı araşdırmalar davam etdirlir.

Son xəbərlər
Bütün xəbərlər »