Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koçaryanın məhkəməsi təxirə salınıb
3e27a37486c974f58c7b51a4a926cbd8---0000

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın və digərlərinin işi üzrə məhkəmə iclası vəkillərin “boykot etməsi” səbəbindən təxirə salınıb.

Bu barədə hakim Anna Danibekyan çərşənbə axşamı keçirilən məhkəmə iclasında bildirib.

Vəkillər bildirib ki, zərərçəkmişin müdafiəçisi onlara qarşı təhdid səsləndirib və məhkəmə buna məsuliyyətli yanaşmayıb.

Onların dediyinə görə, bu şəraitdə öz öhdəliklərini və hüquqlarını layiqincə yerinə yetirmək imkanından məhrumdurlar. Buna əsaslanaraq iclasda iştirak etməyiblər.

Hakim Koçaryana və Gevorkyana müraciət edərək belə vəziyyətdə müttəhimə fərqli bir vəkil təklif etmək hüququna malik olduğuna dair məlumat verib.

Koçaryan və Gevorkyan özləri mümkün sanksiyalarla tanış olduqlarını, lakin bu görüşdə başqa bir vəkil cəlb etmək imkanlarının olmadığını bildiriblər.

Növbəti iclas fevralın 4-də saat 13:00-a təyin olunub.

Bundan əvvəl Apelyasiya Məhkəməsi Koçaryanın müdafiə tərəfinin şikayətini rədd edərək, onun girov müqabilində azadlığa buraxılmasını qəbul etməyib. Müdafiə tərəfi Kassasiya Məhkəməsinə şikayət edib.

Koçaryan 2008-ci ilin 1 martında konstitusiya quruluşunu devirməklə, 10 nəfərin öldüyü etirazları dağıtmaqla bağlı cinayət işində ittiham edilir. (Oxu.az)

Paylaş »
››› Türkiyə ordusu böyük itki verib
››› Naxçıvan blokadada: Bütün sərhədlər bağlanıb
››› Azərbaycanda koronavirus şübhəsi ilə daha iki nəfər xəstəxanaya yerləşdirilib
››› Nazirlik koronavirusla bağlı orta məktəblərə tapşırıq verdi
››› Baş nazir koronavirusa görə karantinə alındı
Son xəbərlər
Bütün xəbərlər »