Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya müharibə vaxtı Polşadan götürdüyü əmanəti geri qaytarmır - Fotolar

Rusiya ilə Polşa arasında İkinci Dünya Müharibəsi ilə bağlı müxtəlif mübahisəli məsələlər qalıb. Onlardan biri də Avropa ölkəsindən götürülən sənət nümunələridir.

Bizimyol.info xəbər verir ki, Rusiya müharibə vaxtı Polşadan götürdüyü əmanəti geri qaytarmır. Söhbət rəsm əsərlərindən gedir. Polşa İkinci Dünya Müharibəsindən sonra rusların ölkədən çıxardığı sənət nümunələrinin geri qaytarılmasını istəyir. Rusiya isə bu istəyi geri çevirir.

"Madonna Qloqovskaya", rəssam: Lukas Kranax "Madonna Qloqovskaya", rəssam: Lukas Kranax

Rusiya Mədəniyyət Nazirliyinin muzeylər departamentinin rəhbəri Vladislav Kononov bildirib ki, rəsm əsərlərinin qaytarılmasından heç söhbət gedə bilməz. O bunu İkinci Dünya Müharibəsinin yekunlarına faktiki yenidən baxılması kimi qiymətləndirib. Kononov 1945-ci il Yalta konfransını xatırladıb. Bununla da müttəfiqlər arasındakı razılaşmaya eyham vurub.

"Madonna uşaq və tutuquşu ilə", naməlum rəssam "Madonna uşaq və tutuquşu ilə", naməlum rəssam

Polşanın Rusiyadakı səfirliyi yanvarın 18-də konkret siyahı da açıqlamışdı. Burada 7 rəsm əsərinin adı çəkilmişdi.

Son xəbərlər
Bütün xəbərlər »