Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur şirkət cərimələnib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Holcim” ASC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Palata tərtib etdiyi protokolu baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək 2004 ABŞ dolları məbləğində cərimələnməsi haqqında qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, 2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC re-brendinq olaraq "Holcim (Azərbaycan)" ASC olub və dünyanın aparıcı sement təchizatçılarından olan "LafargeHolcim" Qrupun bir hissəsidir.(report)

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »