Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən balaca adamı öldü - Foto, Video

“Ginnes rekordlar kitabı”na adı daxil edilmiş dünyanın ən balaca boylu kişisi - Kahendra Tapa dünyasını dəyişib.

Bizimyol.info xəbər verir ki, bu barədə vaxtilə Kahendra barədə TV proqramı hazırlamış jurnalist Dmitri Komarov məlumat verib. Nepal sakini olan balaca adam 27 yaşında pnevmoniya xəstəliyi səbəbi ilə dünyasınıə dəyişib.

Kahendra Tapa Kahendra Tapa

Dmitri Komarov bildirib ki, Kahendra ötən ilin dekabr ayından xəstəxanaya yerləşdirilib. Əvvəl vəziyyəti yaxşılaşsa da, sonra ürəyində və böyrəklərində yaranmış çatışmazlıqlar möcüzə adamın ölümünə səbəb olub.

Kahendra 1992-ci ildə Nepalın Pokkara şəhərində doğulub. Atasının dediyinə görə körpəykən onu ovucun içinə yerləşdirmək olurdu. Böyüyəndə onun boyu cəmi 67,08 santimetr idi. Balaca olsa da öz həyatını özü qazanır, Nepalın sülhməramlı səfiri vəzifəsini daşıyırdı.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »