Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayevin qızı Avropada milyonlar xərclədi - Foto

Qazaxıstanın keçmiş prezidenti, ölkənin faktiki rəhbəri Nursultan Nazarbayevin qızı Avropada daşınmaz əmlak alıb. Dinara Kulibayeva İsveçrədə 44 milyon frank (təxminən 45 milyon dollar) xərcləyib.

Bizimyol.info xəbər verir ki, Nazarbayevin qızı Cenevrə ətrafında torpaq sahəsi alıb. O, özünün Belriv qəsrinin yaxınlığındakı ərazini rəsmiləşdirib.

Nursultan Nazarbayev, Dinara Kulibayeva Nursultan Nazarbayev, Dinara Kulibayeva

Kollonj-Belriv kəndindəki torpaq sahəsinin 1,5 hektarı əhatə etdiyi bildirilir. Kulibayeva 17-ci əsrin qəsrini keçən il almışdı. Həmin tarix nümunəsini ona Monakoda yaşayan Mark Sursok satıb.

Sursok qardaşları qəsri 120 milyon İsveçrə frankına satmağı planlaşdırırmış. Amma uzun müddət müştəri tapa bilmirdilər. Sonda Nazarbayevin qızına 62 milyon franka satmışdılar.

Kulibayeva 2009-cu ildə İsveçrədə başqa iqamətgah da almışdı. O, Anyer kəndindəki dəbdəbəli ev üçün 75 milyon frank ödəmişdi.

Son xəbərlər
Bütün xəbərlər »