Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda ayaqyoluya basqın: gizlin siqaret çəkənləri tuturlar

Türkmənistandan tez-tez təəccüblü xəbərlər gəlir. Qapalı ölkədəki hadisələri işıqlandıran alternativ medianın yazdığına görə, burada məktəbliləri də cəzalandırmağa başlayıblar.

Bizimyol.info xəbər verir ki, Türkmənistan Təhsil Nazirliyinin əməkdaşları Aşqabad məktəblərində qəfil yoxlamalara start verib. Onlar xüsusilə siqaret çəkən şagirdləri iş başında tutmağa çalışırlar. Bunun üçün ayaqyolularına basqın etməkdən də çəkinmirlər. Nazirlik əməkdaşları tənəffüslərdə məktəblərə gözlənilmədən daxil olur və birbaşa tualetə yollanırlar.

İş başında yaxalanan şagirdlərin vəziyyəti yaxşı olmur. Onları çox sərt şəkildə tənbeh edirlər, cəzalandırırlar. Üstəlik, valideynlər məktəbə çağırılır, onlardan yazılı öhdəlik ərizəsi alınır. Onlar üzərinə övladının bir daha bu duruma düşməyəcəyi ilə bağlı məsuliyyət götürür.

Parahat mikrorayonundakı 60 saylı məktəbdə məhz belə reyd keçirilib. Ayaqyolunda hətta siqaret çəkən qızlar da aşkarlanıb.

Türkmənistan hökuməti yeniyetmələrin sərbəst davranışından narahatdır. Rəsmi açıqlamalarda isə yuxarı sinif şagirdlərinin valideynlərdən aldıqları pulu yeməyə yox, siqaretə sərf etməsindən narahatlıq göstərilib.

Son xəbərlər
Bütün xəbərlər »