Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan İrana çağırış: "Tələsmə!"

Rusiya İrana Nüvə Silahlarının Yayılmaması Sazişindən (NPT) çıxmaması barədə xəbərdarlıq edib.

Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov söyləyib.

Onun sözlərinə görə, Tehran tələsik addım atmamalı və müqavilədən geri çəkilməməlidir. Ryabkov hesab edir ki, nüvə sazişlərinin bütün tərəfləri “diqqətli olmalı və balans saxlamalıdırlar”.

Bundan əvvəl İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının üzvləri İranın nüvə problemini müzakirə edəcəyi təqdirdə, Tehran NPT-dən çıxacaq. Onun fikrincə, bu, müntəzəm sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər.

Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 1968-ci ildə BMT tərəfindən nüvə silahına sahib ölkələrin sayını məhdudlaşdırmaq məqsədi ilə bağlanmışdır. Müqavilənin tərəfləri İsrail, Hindistan, Pakistan, Şimali Koreya və Cənubi Sudan istisna olmaqla demək olar ki, dünyanın bütün dövlətləridir. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »