Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Flora Kərimova qanlı gecəni xatırlayıb göz yaşı tökdü: “Tankın lüləsi düz üzümə tuşlanmışdı”
Flora Kərimova

“Neçə illər bu barədə danışmadım. Qarabağın ildönümündə bu barədə qəzetlər yazdı. Borcumu yerinə yetirirdim. Lakin o vaxtlarda mənim bu addımım çox orijinal görünürdü. Sənət adamları isə istehza ilə baxırdılar”.

Bunu Xalq artisti Flora Kərimova ATV-də yayımlanan “Şou ATV” səhər proqramında deyib.

Sənətkar qanlı gecədə qorxmadan, çəkinmədən sovet ordusunun idarə etdiyi tankın önünə atıldığını yada salaraq, gözyaşlarına boğulub.

“Tankın lüləsi düz üzümə tuşlanmışdı. O zaman tank insanların üzərinə keçərək, onları əzdi. Bilmirəm, bəlkə də, tək idim deyə təəccüb etdilər. O dövrdə bir polkovnik var idi. Ona xəbər çatdırdılar ki, bir qadın tankın önünə keçərək, yerindən tərpənmir. Həşirlə gəlib söylədi ki, “ola bilməz!”

Sonra öz xatirələr və memuarlarında bu məsələni yada salaraq, yaşananları vərəqə köçürmüşdü.

Gözümə heç nə görünmürdü. Zümrüd qızım balaca idi. Yanımda çalışan Yaqut tək idi. O zaman övladım atasız qalmışdı (ağlayır). Ailənin böyüyü, kişisi, qadını, atası, anası mən idim.

Bizi aldatdılar. Söylədilər ki gəlmirlər. Mən o zamanlar Bakının girəcəyində yaşayırdım. O gecə insanların naləsini, silahlardan açılan güllə səslərini eşidirdim.

Dözmədim, heç qızım belə gözümün önünə gəlmədi. Zümrüdü öpüb, çıxıb getdim. Zümrüd atasını itirəndə onu öpürdüm, ona dedim ki “bizim atamız yoxdur”. Bu dəfə isə bilmədim nə deyim (ağlayır). Qızıma söylədim ki, “bizim əlimizdən alırlar...” Zümrüd sual verdi ki, “ana, nəyi əlimizdən alırlar?” Ona cavab verə bilmədim.

Övlad, qapı-bacası davası deyildi. Nəfəsim çatmırdı. Çıxırdım küçəyə, deyirdim ki, “hamısı mənimdir”. Gəlirlər, alırlar. Axı necə vermək olar? Bir də şəhidlər. Axı necə durmaq olardı?

Tankın önündə duranda, görünür, çox qəribə görünürdüm. Tank dayandı, tərpənmədi. Əllərimi açıb, sinəmi önə verib tankın önündə dayandım. Söylədim ki, “vurursan-vur, heç yerə gedən deyiləm!”

Çox ağlayırdım, çox. Bildilər ki, mən incəsənət nümayəndəsiyəm. Dedilər ki, bu qadın dəli olub? Bu sözləri eşidəndə çox qıcıqlandım. Əllərim yanıma düşmədi. Sona kimi də tankın önündən keçmədim”. (Oxu.az)

Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› Məhkəmə Neftçalanın icra başçısı ilə bağlı qərar verdi
››› 73 seçki məntəqəsinin nəticələri ləğv edildi - Siyahı
Son xəbərlər
Bütün xəbərlər »