Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sumqayıtda ictimai nəqliyyat xidməti sıfırdı” - Şəhər sakini

“Ölkəni böyük şəhərlərindən biri olan Sumqayıt şəhərinin ictimai nəqliyyat sistemi acınacaqlı vəziyyətdədir”.

Bizimyol.info xəbər verir ki, bu barədə Sumqayıt şəhət sakini Akif Məmmədov bildirib.

“Düzdür, bir müddət əvvəl Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən marşrut xətlərindəki bütün köhnə köhnə, kiçiktutumlu avtobuslar, mikroavtobuslar marşrut xərlərindən çıxarılıb və onlar şəhərə gətirilən çoxlu sayda müasir tipli avtobuslarla dəyişdirilib. Lakin təzə avtobuslar müasir tələblərə cavab versə də, xidmət səviyyəsi sıfır səviyyəsindədir. Şəhərdə müxtəlif istiqamətlərdə-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşıldərə, Yeni Yaşma, Stanasiya Sumqayıt Ceyranbatan, Corat, İnşaatçılar qəsəbələri, Bağlar, Saray, Xırdalan istiqamətlərinə və şəhəriçi işləyən 20-dən çox marşrut -1, 2,3,4, 5,6,8,9, 7,7a, 985,12b,12a,12 ,33,30, 522 və sairə nömrəli 300-dən çox avtobus işləyir. Şəhər nəqliyyatı zahirən dəyişsə də mahiyyətcə dəyişməyib.Şəhər nəqliyyatında əsl xaos hökm sürür”,-deyə Akif Məmmədov bildirib.

Sumqayıt

Şəhər sakininin sözlərinə görə, Sumqayıt şəhər nəqliyyatında kart sistemi yoxdur: “Sərnişinlərə xidmət çox aşağıdır. Avtobuslar dayanacaqdan kənar hər yerdə saxlayır. Buna görə qanunda cərimə nəzərdə tutulsa da heç bir sürücü cərimələnmir. Hətta bu cərimə haqda məlumat “7” və “7a” müntəzəm marşrut xətlərinin avtobuslarında video-çarx hər gün yayımlanır. Sürücülər ona görə cərimələnmir ki, onlar hər gün bir neçə 100 manat plan ödəyirlər. Əgər cərimələnsələr planı verə bilməzlər və qazanc edə bilməyib işləməzlər.

Bu səbəbdən sərnişin 5 dəqiqəlik yolu 30 dəqiqəyə gedir. Bunun da səbəbi marşrutların addımbaşı saxladığından şəhəri çox dövrə vurmasındadır ki, bu da mənzil başına gec çatdıqdan vaxt baxımdan sərnişənlərə ,ələlxüsus harasa tələsən adam üçün sərf etmir.

21-ci əsrdə Sumqayıt avtobuslarında, ən əsas da şəhərdə intensiv işləyən və ən çox sayda avtobusu olan məşhur “7” və “7a” nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobuslarında gediş haqqını pulyığanlar yığır. Bu pulyığanlarında əksəriyyəti yetkinlik yaşına çatmayanlardır ki, bu həm də qanunla qadağandır. Yenə bu uşaqların ailələrinə çörək pulu qazanaraq kömək etmələrini başa düşmək olar, amma sivil dünyada nəqliyyatda pulyığan-filan olmur”.

Şəhər sakini bildirib ki, Sumqayıt ölkənin böyük şəhəri olsa da, avtovağzalı ucqar rayon avtovağzallarından elə də fərqlənmir: “Sumqayıt Avtovağzalının kassalarında bilet satılmır. Avtovağzal ərazisi çox bərbad vəziyyətdədir və bina da, ərazi də, keçən əsrin 70-ci illərinin Sovet, Asiya avtovağzallarını xatırladır. Müasirlikdən çox uzaqdır. Halbuki avtovağzal turistlər üçün şəhərin giriş qapısı və kartıdır. Buna görə şəhər haqqqında mühakimə yürüdülür.

Sakinlər Sumqayıt avtovağzalından Bakı, “Binə” və “Sədərək” ticarət mərkəzlərinə, hətta Quba-Xaçmaz istiqamətinə gedən avtobuslarla bağlı narazılıq edirlər, qəza zamanı bunun sərnişinlərin həyatı üçün təhlükəli olduğunu bildirirlər. Belə ki, nəzarət reydlərinin keçirilməsinə və qeyri-standart avtobusların xəttdən çıxarılması ilə bağlı çoxsaylı məlumatlara baxmayaraq, adamlar cərgələrin arasında qoyulmuş əldəqayırma oturacaqları olan maşınlarda getməyə məcbur olur. Zavod istehsalı olan oturacaqların əvəzinə kustar, kiçik ölçülü oturacaqlar qoyulur ki, bu da avtoşirkətlərin daha çox sərnişin daşımasına və hər reysdən daha çox gəlir götürməsinə imkan yaradır. Sumqayıtlılar təhlükəli avtobuslardan mətbuata şikayət etsələr də bununla bağlı icra başçısı heç bir tədbir görməyib”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »