Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliyaya qolf topu boyda dolu yağdı – Yüzlərlə yaralı var

Avstraliya təbii fəlakətlərlə savaşa davam edir. Ölkəni bürümüş güclü yanğınlardan sonra leysan və qum fırtınasına məruz qalan qitə indi də hava anamaliyası ilə üzləşib.

Bizimyol.info xəbər verir ki, ölkənin cənub şərqində qum fırtınası və güclü dolu həyatı iflic vəziyyətinə salıb.

Yeni Cənubi Uelsdə son sutka ərzində qolf topu boyda yağan dolu 1,5 min nəfər insanın müxtəlif dərəcədə xəsarət almasına səbəb olub. Ölkənin müxtəlif rayonlarında qum fırtınası və küləyin surəti saata 100 kilometrə çatıb. Viktoriya, Cənubi Avstraliya və Tasmaniya ştatlarında isə meşə yanğınları davam etməkdədir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »