Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident təqaüdçüsü, əməkdar jurnalist vəfat edib - Foto

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva dünyasını dəyişib.

Report.az xəbər verir ki, E.Əliyeva 89 yaşında vəfat edib.

E.Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

Elmira Əliyeva Elmira Əliyeva

1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

2010-cu ildə təqaüdə çıxdıqdan sonra da mətbuatla fəal əməkdaşlıq edib.

Allah rəhmət eləsin!

Son xəbərlər
Bütün xəbərlər »