Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Liverpul" klubu 1001 gündür uduzmur
Liverpul-Barselona qarşılaşmasından kadr

İngiltərə Premyer Liqasının 23-cü turunda evdə "Mançester Yunayted"ə 2:0 hesabı ilə qalib gələn "Liverpul" klubu məğlubiyyətsizlik seriyasını davam etdirir.

Britaniya mətbuatının verdiyi məlumata görə, Yurgen Kloppun rəhbərlik etdiyi komanda artıq 1001 gündür ki, Premyer Liqada uduzmur.

"Mersisaydlılar" sonuncu dəfə 2017-ci ilin 23 aprelində evdə "Kristal Palas"a 1:2 hesabı ilə məğlub olub. Həmin vaxtdan bu yana 52 qələbə və 10 heç-heçə edən Liverpul təmsilçisini hələlik məğlub edən komanda yoxdur.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada keçirdiyi 22 oyundan sonra 64 xalla turnir cədvəlinə başçılıq edən "Liverpul" klubu ən yaxın izləyicisi "Mançester Siti"ni 16 xal qabaqlayır.(report)

Paylaş »
››› Dünya Səhiyyə Təşkilatından Azərbaycanla bağlı açıqlama
››› Türkiyə ordusu böyük itki verib
››› Ruslar yenə Türkiyə ordusuna zərbə endirdi
››› İrandan daha iki ölkəyə koronavirus keçdi
››› Naxçıvan blokadada: Bütün sərhədlər bağlanıb
Son xəbərlər
Bütün xəbərlər »