Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Faiq Ağayev: “Tankın əzdiyi təcili yardım maşınını, asfaltın üzərində qan izlərini gördük”

Qanlı 20 Yanvar tarixinin canlı şahidləri o məşum gün barədə xatirələrini paylaşırlar. Xalq artisti Faiq Ağayev də sosial şəbəkədə həmin günlər yaşadığı ağrılar və gördükləri barədə yazıb.

“O zaman 18 yaşım var idi. Evimiz “Salyan kazarması”nın yanında yerləşirdi. Böyük qardaşımla evdə idim. Havada təhlükə hiss olunurdu ki. Ancaq inanmırdıq ki, sovet əsgərləri dinc əhalini güllələyəcəklər – axı, onda hamımız sovet xalqı idik.

Atəş başlandı, insanlar qaçmağa başladılar. Eləcə də, mən və qardaşım... Bu çox dəhşətli idi, çünki bizim nəsil müharibə nədir, bilmirdi. Növbəti gün pəncərəmizə artıq iki tank lüləsi tuşlanmışdı. Qanlı gecənin səhəri atamla çörək almağa çıxdıq. “Salyan kazarması”nın yanından “Xəzər” kinoteatrı, “Kaspar” xəstəxanası və “Olimp” mağazasına doğru gedirdik.

Tankın əzdiyi təcili yardım maşınını, asfaltın üzərində qan izlərini gördük. Qar yağırdı və buna görə 20 Yanvar gecəsi baş vermiş bu cinayətin izlərini ayırd etmək çətin idi. Daha sonra dəfnlər başladı. Deyirdilər ki, ölənlərin çoxunun, cəsədləri Xəzər dənizinə atılıb.

Hər şey göz önünə gəlir, sanki bütün bunlar dünən gecə olub”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »