Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
ABS-000---

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü, Kiçik Biznes Komitəsinin sədri Stiv Çabot 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, 1990-cı ilyanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusu Azərbaycanın paytaxtı Bakıya və ətraf ərazilərə hücum edib:

“Bu vəhşi işğal Azərbaycanın milli tarixində öz əksini tapıb və xalqın qəlbində “Qara Yanvar” olaraq xatırlanır. Sovet vəhşiliyi nəticəsində 145-dən çox günahsız mülki şəxs ölüb, 800-ə yaxın insan yaralanıb, yüzlərlə adam həbs edilib. Sovet hakimiyyəti bunları Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq üçün edirdi. Bu hücum əslində Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verdi. “Qara Yanvar” hadisələrindən sonra Azərbaycan Sovet İttifaqından çıxdı və müstəqilliyini elan etdi.

Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqust tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci il tarixində isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib. 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanıb. Gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər qurdu. Bu gün ABŞ və Azərbaycan arasında əməkdaşlıq bir çox sahələrdə inkişaf edib.

ABŞ və Azərbaycan region üzrə ortaq maraq və məramlara malikdir. Ölkələrimiz xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlıq edir. Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıram”.

Eyni zamanda, ABŞ Konqresindəki Tennesi ştatını təmsil edən konqresmen Stiv Kohen də (Demokrat) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. S. Koen bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet qoşunu tanklarla Bakı şəhərinə hücum edib.

“Həmin gecə, Sovet hərbçiləri günahsız Azərbaycanlılara zor tətbiq edib, qadın və uşaqlar da daxil olmaqla azadlıq istəyən dinc nümayiş iştirakçılarına fərq qoymadan silahla atəş açıb. Bu qəddar hərəkətlər nəticəsində 147 insan həlak olub, 800-ə yaxın yaralanıb, 841 nəfər həbs edilib, 5 nəfər isə itkin düşüb. “Human Rights Watch” təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatında deyilir ki, Bakıya hücum zamanı insan hüquqları ən kobud şəkildə pozulub.

Buna misal olaraq tibb işçilərinə, təcili tibbi yardım avtomobillərinə və xəstəxanalara qarşı hücumları misal göstərmək olar. Sovet ordusu tərəfindən törədilmiş zorakılıq kollektiv cəza üsulu hesab edilirdi və Azərbaycan da daxil olmaqla SSRİ-nin digər ittifaq respublikalarındakı millətçilik hərəkatları üçün xəbərdarlıq idi. ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətrdən biri olub. Hazırda ABŞ və Azərbaycan strateji müttəfiq, regionda və dünyada ortaq maraqlara malik dövlətlərdir”.(report)

Paylaş »
››› Nazirlik koronavirusla bağlı orta məktəblərə tapşırıq verdi
››› Azərbaycanda koronavirus şübhəsi ilə daha iki nəfər xəstəxanaya yerləşdirilib
››› Baş nazir koronavirusa görə karantinə alındı
››› Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi
››› Bir ayda 23 nəfərin öldüyü deyilən xəstəxanada etiraz - Video
Son xəbərlər
Bütün xəbərlər »