Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Azəriqaz” Bakının mərkəzində qazın olmamasının səbəbini açıqladı - Foto
Qaz, təbii qaz

Bakının Nəsimi rayonunda qaz olmamasının səbəbi bəlli olub.

Bu barədə “Azəriqaz” İB açıqlama yayıb.

Bildirilib ki, Nəsimi rayonu Salatın Əsgərova və Səməd Vurğun küçələrinin kəsişməsində yeraltı orta təzyiqli, diametri 377 mm olan qaz kəmərində iki gündür ki, qaz sızmasının aradan qaldırılması üçün “Azəriqaz” İB-i gücləndirilmiş iş rejimində təmir-bərpa işləri aparır.

Havanın gün ərzində yağıntılı keçməsi də təmir prosesini nisbətən ləngidir. Qazıntı aparılan yerlər yağış suları ilə dolur və kəmər üzərində təmir prosesinin icrası üçün suyun çəkilməsinə zərurət yaranır.

Buna baxmayaq, bütün əlaqədar qurumlar istirahət günündə də fasiləsiz olaraq iş başındadır.

Qeyd edək ki, bu gün saat 18:00-da qaz xəttinin təmir olunmuş hissəsi mənbəyə birləşdirilib. Bu müddət ərzində təxminən saat 22:00-dək S.Vurğun, S.Əsgərova, R.Behbudov, S.Rüstəm, Ə.M.Topçubaşov, Bülbül və Mərdanov qardaşları küçələrində bir qrup abonentin qaz təchizatı dayandırılıb. (Oxu.az)

Paylaş »
››› Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto
››› Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: "Qorxmayın..." - Video
››› İranda virusdan ölənləri gizlicə basdırırlar - Video
››› Koronaviruslu Gürcüstan vətəndaşının Azərbaycan gömrüyündəki görüntüləri yayıldı - Video
››› Türkiyə 1709 suriyalı hərbçini məhv edib - Video
Son xəbərlər
Bütün xəbərlər »