Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo Almaniya XİN-in rəhbəri ilə Liviyada atəşkəs məsələsini müzakirə edib

ABŞ Dövlət Katibi Mayk Pompeo Almaniyanın Xarici İşlər naziri Hayko Maasla Liviyada atəşkəs yaradılmasını müzakirə edib.

Bu barədə Dövlət Departamenti məlumat yayıb.

“Dövlət katibi Pompeo və nazir Maas davamlı atəşkəsə dəstək vermək, siyasi danışıqlar prosesinə qayıtmaq və Liviyaya qarşı xarici müdaxilələrə son qoymaq üçün davam edən beynəlxalq səyləri müzakirə ediblər”, - deyə məlumatda qeyd olunub.

Tərəflər, həmçinin Liviyanın suverenliyini dəstəkləyib.

Söhbət zamanı Əfqanıstan və İran məsələsi də müzakirə olunub. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »