Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski aviaqəza qurbanlarının vida mərasimində - Video

Ukraynanın Kiyev vilayətində yerləşən “Borispol” Beynəlxalq Hava Limanında ölkənin hərbi-hava qüvvələrinə məxsus “İl-76” təyyarəsi eniş edib.

Hava gəmisinin göyərtəsində İranda aviqəza nəticəsində həlak olan 11 ukraynalının cəsədi var.

Cəsədlərdən doqquzu ekipaj üzvlərinə, digər ikisi isə sərnişinlərə məxsusdur.

Hava Limanında keçirilən vida mərasimində Ukrayna Prezidenti Vladimir Zelenski, Baş Nazir Aleksey Qonçaruk, Xarici İşlər Naziri Vadim Pristayko, Parlamentin spikeri Dmitri Razumkov və digər hökümət nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, yanvarın 8-də Tehranda Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində 176 nəfər ölüb. Daha sonra təyyarənin səhvən İran tərəfindən vurulduğu məlum olub. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »