Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyada XİN başçısı dəyişdi

Koreya Xalq Demokratik Respublikasının yeni Xarici İşlər Naziri Li Son Qvon olub.

Bu barədə “TASS” diplomatik mənbələrinə istinadən xəbər verib.

O, bu postda Li En Xo əvəzləyib.

KXDR höküməti təyinatla bağlı rəsmi məlumat yaymayıb.

Gözləntilərə görə, yeni XİN başçısı ictimaiyyətə diplomatların ənənəvi tədbirində təqdim olunacaq. Tədbir yanvarın 23-də Pxenyanda keçiriləcək. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »