Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində rusdillilərdən beziblər

Baltikyanı ölkələrdə rus dilinin populyarlığına görə çox narahatdırlar. Xüsusilə Latviyada bu tendensiyaya qıcıqlanırlar.

Bizimyol.info xəbər verir ki, Avropa ölkəsində rusdillilərdən beziblər. Ayrı-ayrı vaxtlarda bununla bağlı xəbərlər gəlir. Bu dəfə Latviya parlamentinin deputatı Aleksandr Kirşteyns dilə gəlib. Daha doğrusu, millət vəkili “Twitter” hesabında bir vətəndaşın fikrini çatdırıb. Riqada yaşayan qadın hər yerdə rus dilində danışılmasından qıcıqlandığını qeyd edib. O bildirib ki, mümkün qədər latışca danışır, amma xidmət sektorunda suallarına rusca cavablar alır. Sosial şəbəkə istifadəçiləri onun haqlı olduğunu bildirib. Latışlar rusdillilərdən bezdiklərini açıqca ifadə ediblər.

Bir müddət əvvəl Latviya rus dilində təhsillə bağlı referendum keçirməkdən boyun qaçırmışdı. Bu istiqamətdə ciddi iş gedir. Rus dilində tədris zamanla ləğv olunur. Gələn ilin sentyabrın 1-dən islahata rəsmi start veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »