Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stalinə cəbhədən qəzəbli məktub yazan müsəlman əsgərin taleyi necə olub... - Foto

Çeçenistanda Vaxa Əliyevi tanımayan yoxdur. Zarafat deyil, 14 yaşında İkinci Dünya Müharibəsinin iştirakçısı olmaq qərarı vermişdi.

Şimali Qafqaz, Stalinqrad döyüşlərində qəhrəmanlıq göstərmişdi. Berlinə çatmağına bir şey qalmamışdı...

Vaxa Əliyev Vaxa Əliyev

Bizimyol.info xəbər verir ki, Vaxa Əliyev çeçenlərin yaddaşında SSRİ rəhbəri İosif Stalinə qəzəbli məktub yazmaqla qalıb. Hadisə 1944-cü ildə baş verib. Qardaşı Şarpuddindən çeçen ailələrin ardıcıl sürgünə göndərilməsi haqda məktub alan Vaxa çox sarsılır. Birbaşa Stalinə məktub yazmaq qərarına gəlir. Məktubun üzərində beləcə də yazır: Moskva. Kreml. İosif Stalinə. Kağızda daha nələr yazılmamışdı... Vaxa Əliyev Stalini aşkar ittiham etmişdi: “Biz sizə inanmışdıq. Biz Vətənə inam və həqiqətlə xidmət etmişik. Qələbə üçün canımıza qıymışıq. Minlərlə həmyerlim Brestdən Stalinqrada qədər döyüş meydanlarında can verib. Amma siz bizi satqın adlandırırsınız? Mənim xalqım bunu sizə heç vaxt bağışlamayacaq. Biz Vətən üçün canımızdan keçəndə siz analarımızla, bacılarımızla haqq-hesab çəkirdiniz. Hətta qocalara və uşaqlara da yazığınız gəlmədi”.

Məktub Stalinə yetişmədi. O vaxtların xüsusi xidmət orqanı sayılan SMERŞ kağız parçasını ələ keçirdi. Vaxanı hərbi tribunala verdilər. Çeçen komandir Movlad Visaitov olmasaydı, Əliyevi güllələyəcəkdilər. Onu Maqadana göndərdilər. Rus tibb bacısı Lida ilə bir osetinin sayəsində çeçen balasının həyatı xilas oldu. Feldşer işinə düzəldi. 1953-cü ildə isə gözlədiyi amnistiya qərarı gəldi. İllər sonra ailəsinə qovuşdu. Vaxa həkim olmağı, xalqın qəhrəmanı seçilməyi bacardı. Çeçenistanda onun ev ünvanını bilməyən yox idi.

Sonradan qəhrəman Ayne adlı qızla evlənib, iki oğlu dünyaya gəlib. Çeçen xalqının böyük oğlu 1979-cü ildə vəfat edib.

Son xəbərlər
Bütün xəbərlər »