Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Əhalisi azalan yaşayış yerlərinə köçənlərə pul təklif olunur - Fotolar
Bormida, İtaliya

Planetdə 200-ə qədər müstəqil dövlət var. Dünya o qədər geniş məfhuma çevrilib ki, insan daha doğulduğu yerdə yaşamağa məcbur deyil.

Bizimyol.info xəbər verir ki, bir çox adalar, dövlətlər gəlib yaşayan əcnəbilərə üstündə pul verməyə hazırdır. Nə qədər qəribə səslənsə də, bunun mümkünlüyünə əmin ola bilərsiniz.

Asturiya, İspaniya Asturiya, İspaniya / Foto: Pixabay.com

İspaniyanın Asturiya vilayətinin bir neçə kəndində belə şərait yaradırlar. Qədim yaşayış məskənində əhali dayanmadan azalır. Yerli icra orqanları boşluğu gəlmələrin hesabına doldurmaq qərarına gəlib. Hər yeni sakinə 3 min avro verilir. Üstəlik, hər uşaq da 3 min avro deməkdir.

İtaliyanın Savona vilayətindəki Bormida kəndində də yaxşı təkliflər var. Gəlmələrə 2 min avro verilir. Evlərin aylıq kirayəsi 120 avronu keçmir. Deməli, azı bir il burada rahat yaşaya bilərsiniz. Sadəcə, ciddi iş problemi var.

Misima, Yaponiya Misima, Yaponiya / Foto: Pixabay.com

Yaponiyada Misima adlanan kənddə cəmi 400 nəfər yaşayır. Burada yeni sakinə 840 dollar verirlər. İlk 3 il ərzində hər ay yenə müavinət almaq mümkündür. Camaatın yeganə məşğuliyyəti kənd təsərrüfatıdır.

ABŞ-ın Miçiqan ştatında daimi yaşamaq istəyənlərə uyğun şərait yaradılır. Məsələnin pul tərəfi maraqlıdırsa, hər yeni sakinə 2500 dollar verilir. Yerli ictra orqanları əlindən gələni edir ki, buradan getməyəsiniz.

Saskaçevan, Kanada Saskaçevan, Kanada / Foto: Pixabay.com

Kanadadakı Saskaçevan vilayətində də əcnəbilərin yolunu gözləyirlər. Birdəfəlik müavinətin məbləği 2 min Kanada dollarıdır. Amma azı 7 il burada yaşamalısınız.

Matsayker adası Matsayker adası

Matsayker adasını görsəniz, oranı heç vaxt tərk etmək istəməyəcəksiniz. Təbiətin füsunkarlığı insanı özünə çəkir. Kiçik işlər var. Müəyyən məbləğdə pul da verirlər.

Pikern adası Pikern adaları

Pitkern adasında cəmi 50 nəfər yaşayır. Quru ərazilərə çox uzaqdır deyə, hamı yaşamağa cəsarət etmir. Təsəvvür edin, adada ərzaq mağazası həftədə cəmi üç gün açıq olur. Meqapolislərin səs-küyündən yorulanlar üçün ideal yerdir.

Paylaş »
››› Azərbaycanda koronavirus statistikası və obyektiv gerçəklər
››› Putin ərəblərə "təslim oldu", neftin qiyməti kəskin artdı - Son durum
››› Moskvada dəhşətli partlayış, ölən və yaralananlar var- Fotolar
››› Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü
››› Vüqar Səfərli işdən çıxarıldı
Son xəbərlər
Bütün xəbərlər »