Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu Yunanıstana xəbərdarlıq etdi

Yunanıstanın Xəlifə Haftarı ölkəsinə çağırması və öz milli gündəmini ön plana çıxarması Liviyaya sülh gətirmə yönündəki cəhdlərə qarşı təxribatdır.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində yazıb. O, Yunanıstanın dialoq yerinə qanuni hökumətlə əlaqələri kəsdiyini vurğulayıb:

“Təəssüf ki, “düşmənimin düşməni dostumdur” anlayışı ilə hərəkət edirlər. Əslində, bunun arxasında Liviyaya qarşı dəniz hakimiyyəti iddiaları dayanır. Ötən illərdə də Krit adasının cənubunda Liviyanın haqq və mənfəətlərini qəsb edəcək şəkildə neft və təbii qaz sahələrini müəyyənləşdirmişdilər”.

Nazir Liviyada qanuni hökumətlə Türkiyə arasında imzalanan əməkdaşlıq sazişinin Yunanıstanda təşviş yaratdığını deyib:

“Bu vəziyyət qarşısında Liviyadakı qanuni hökumət hüquqlarını qorumaq üçün bizimlə razılaşma imzaladı. Yunanıstanın Haftarı ölkəsinə çağırması və öz milli gündəmini ön plana çıxarması Liviyaya sülh gətirmə yönündəki cəhdlərə qarşı təxribatdır. Bu boş səylərin heç bir nəticə verməyəcəyini yunan dostlarımıza xatırlatmaq istəyirik”.

Qeyd edək ki, bazar günü Berlində keçiriləcək Liviya konfransına dəvət edilməyən Yunanıstan Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftarı Afinaya cağırıb. Haftar gizlin şəkildə Afinaya gedərək Yunanıstan Baş naziri Kiriakos Miçotakis və Xarici İşlər naziri Nikos Dendiasla görüşüb. Görüş zamanı əsas müzakirə mövzusunun Türkiyə ilə Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac arasında əldə edilən Aralıq dənizi razılaşmasının olduğu qeyd edilib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »