Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sarı jiletlər"in aksiyasında 30-dan çox etirazçı saxlanılıb

Fransa polisi Parisdə "sarı jiletlər" hərəkatının şənbə günü keçirilən aksiyasında 32 etirazçını saxlayıb.

Bu barədə paytaxt polisi məlumat yayıb.

"Saat 15.45-də (Bakı vaxtı ilə saat 18:45) polis prefekturasının əməkdaşları 32 nəfəri saxlayıb", - deyə asayiş keşikçilərinin “Twitter”də yerləşdirilmiş xəbərində bildirilir.

BFMTV telekanalı isə qeyd edib ki, “sari jiletlilər” 62-ci istirahət günüdür ki, etiraz aksiyası keçirir. “Təxminən saat 14:30 (Bakı vaxtı ilə saat 16:30) asayiş keşikçiləri "təntənəli yürüşün başında olmaq" istəyən və polisə əşyalar atmaq istəyən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq ediblər. Ancaq bütovlükdə nümayiş dinc keçib”, - deyə bildirilib.(report)

Son xəbərlər
Bütün xəbərlər »