Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan Ermənistana ixracat 2,5 dəfə artıb

İrandan Ermənistana ixracat 2,5 dəfə artıb.

İran Gömrük İdarəsinin sözçüsü Ruhullah Lətifi bildirib ki, cari ildə Avrasiya ölkələri arasında ən çox ticarət mübadiləsi Ermənistanla həyata keçirilib. Belə ki, ötən 9 ay ərzində Ermənistandan İrana idxalın həcmi 49 faiz artaraq 31 milyon dollar təşkil edib.

O qeyd edib ki, bu dövrdə İrandan Ermənistana ixracatın həcmi 2,5 dəfə artaraq 343 milyon dollara çatıb.

İran xarici ticarət mübadiləsinə ötən 9 ay ərzində Avrasiya ölkələri arasında ən çox dollarla alış-verişi Rusiya ilə həyata keçirib. Belə ki, İrandan Rusiyaya 277 milyon dollar dəyərində mal ixrac olunub və 864 milyon dollar dəyərində mal idxal edilib ki, buda ötən illə müqayisədə ixracatda 41 faiz artım, idxalda isə 7 faiz azalmanın olduğunu göstərir.

Qeyd edək ki, İran və Avrasiya İqtisadi Birliyi ölkələri arasında güzəştli ticarət haqqında anlaşma memorandumu bu ilin oktyabr ayından qüvvəyə minib.(apa)

Paylaş »
››› Finlandiya və İsveç Rusiyadan qorunmaq üçün Türkiyənin dediyini etməlidir
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »