Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda 3 avtomobilin iştirakı ilə yol qəzası olub

Sumqayıtda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Opel Zafira" markalı avtomobilin sürücüsü idarəetməni itirərək minik vasitəsini "Mercedes" markalı avtomobilə çırpıb. Zərbənin gücündən "Mercedes" yol kənarında dayanan digər "Mercesedes" markalı avtomobilə dəyib.

Nəticədə yol kənarında dayanan avtomobil yolu keçmək istəyən azyaşlını vurub.

Ağır bədən xəsarətləri alan 12 yaşlı Qurbanov Elmir Elxan oğlu Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.(apa)

Son xəbərlər
Bütün xəbərlər »