Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Somalidə türk işçilərə qarşı terror aktı törədilib

Somalidə türk inşaat şirkətinin işçilərini hədəf alan terror aktı törədilib.

"Reuters" xəbər verir ki, Somalinin paytaxtı Moqadişunun şimal-qərbindəki Afoye bölgəsində Türkiyəyə məxsus inşaat şirkətinin işçilərinin olduğu ərazidə bomba yüklü avtomobil partladılıb.

Məlumata görə, terror aktı türk mühəndislərin və Somali polislərinin nahar etdikləri məkanda baş verib.

Xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

"Anadolu" agentliyinin verdiyi xəbərə görə isə inşaat işçiləri arasında yaralananlar var.(apa)

Son xəbərlər
Bütün xəbərlər »