Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda uşaq evində azyaşlının döyülməsi ilə bağlı polisdən açıqlama

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) azyaşlının uşaq evində döyülməsi ilə bağlı məlumat yayıb.

Bizimyol.info xəbər verir ki,BŞBPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin rəhbərliyi tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında 2004-cü il təvəllüdlü Mirəli Quliyev barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq araşdırmalar aparılıb.

Bakı Şəhər Baş Polis İdarəsi Bakı Şəhər Baş Polis İdarəsi

Bildirilib ki, azyaşlının uşaq evinin inventar avadanlıqlarını sıradan çıxarması, digər sakinlərə qarşı kobudluq, fiziki təzyiq etməsi və digər xoşagəlməz əməlləri ilə bağlı xüsusatlar istintaqla yoxlanılıb. Azyaşlının cinayət subyekti olmadığı nəzərə alınaraq onun barəsində toplanan materiallar Suraxanı RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinə göndərilib. Hazırda azyaşlının qanunvericiliyə uyğun olaraq, profilaktikası çərçivəsində maarifləndirilməsi və tərbiyəvi söhbətlərin aparılması tədbirləri diqqət mərkəzində saxlanılmaqla müvafiq işlər tərəfimizdən davam etdirilir.

Azyaşlının anası Ə.Quliyevanın 2 saylı uşaq evində övladının fiziki, psixoloji təsirlərə məruz qalması ilə bağlı iddiaları əsassızdır.

***

Xatırladaq ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülərlə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.

Bildirilib ki, qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən, dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.(apa)

Son xəbərlər
Bütün xəbərlər »