Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2019-cu ildə aparılan islahatlar iqtisadiyyata öz təsirini göstərir

"2019-cu ildə ümumi islahatların tərkib hissəsi olaraq şəffaflığın artırılması, "kölgə iqtisadiyyatının" aradan qaldırılması istiqamətində ölkədə çox mühüm işlər görüldü. Keçən il Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları ilə yadda qaldı".

Bunu Bizimyol.info-ya iqtisadçı Ramil Abbasov deyib.

Ramil Abbasov Ramil Abbasov

O qeyd edib ki, gömrük sistemində tətbiq edilən “yaşıl dəhliz” sistemi gömrük nəzarətini daha çevik və şəffaf həyata keçirməklə gömrük yoxlamalarını minimuma endirmək, sahibkarın sahib olduğu resurslara qənaəti təmin edir: "Əvvəlcədən elektron formada göndərilən qısa idxal bəyannaməsi vasitəsilə gömrük nəzarəti, risk qiymətləndirilməsi aparılır və malların, nəqliyyat vasitələrinin fiziki yoxlanılması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışı həyata keçirilir. Bu da öz növbəsində sərf olunan vaxt və xərcləri minimuma endirir. Hazırda “yaşıl dəhliz” iştirakçılarının sayı 500-ə çatır.

Vergi sisitemində isə nağdsız əməliyyatlara keçidin gücləndirilməsi və o cümlədən işçilərin əmək müqavilələrinə cəlb olunması həm büdcə ödənişlərindən yayınmanın qarşısının alınmasında, həm də işçilərin haqqlarının dövlət tərəfindən müdafiəsi baxımdan mühüm qərarlar idi. 2020-ci ildə də vergi ilə bağlı sahibkarların üzləşdiyi bir sıra problemlərin həlli ilə bağlı sərəncam qüvvəyə mindi.

İcazələrin və lisenziyaların alınması o cümlədən dövlət satınalmasında bütün prosedurlar rəqəmsallaşdırılmışdır. Bu da öz növbəsində "kölgə iqtisadiyyatının" aradan qaldırılmasına və biznes sahəsinin sahib olduğu resurslara qənaət etməsinə öz töhfəsini verir.

Qeyri-Neft sektorunun inkişaf etdirilməsi üçün müəyyən sahələrə güzəştli büdcə ödənişləri tətbiq edildi. Prioritet sahələrə subsidiyalar ayrıldı. Buna misal olaraq kənd təsərrüfatını göstərmək olar.

Ölkə prezidentinin problemli kreditlərin həlli istiqamətində imzaladığı qərar bir çox bankları bağlanma təhlükəsindən xilas etdi. Bankların keçən illə müqayisədə xalis mənfəəti 2 dəfə artdı.

Vergi-gömrük islahatları nəticəsində dövlət büdcəsinə 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub.

Vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması və Azərbaycanın yerli, regional və qlobal gücə çevrilməsi üçün bundan daha artıq işlərin görülməsi gələcəkdə də davam etdiriləcək".

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »