Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan və İmamoğlunun reytinqi açıqlanıb

Türkiyənin “Metropoll” araşdırma şirkəti ötən ilin dekabrında ölkə ərazisində keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb.

Şirkətin “Twitter” səhifəsinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan 50,2 faizlə ölkənin ən çox bəyənilən siyasətçisidir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu (48,6%, CHP) siyahıda ikinci, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş (38,8%, CHP) isə üçüncü sırada qərarlaşıb.

Siyahıda həmçinin Devlet Bahçeli (34%, MHP), Kamal Kılıçdaroğlu (33,7%, CHP) və digər siyasətçilər var. (report)

Son xəbərlər
Bütün xəbərlər »