Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sadələşdirilimiş vergi bəzi hallarda ağırlaşdırıcı təsirə səbəb ola bilər

"Vergi sistemində 2019-cu ilə aparılan dəyişikliklərin ilkin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirildi. Medianın və ekspert cəmiyyətinin əsas diqqəti qeyri-neft sektorunun yığımlarına idi. Çünki vergi qanunvericiliyində dəyişikliyin əsas hədəfi bu sektor olmuşdu".

Bizimyol.info xəbər verir ki, iqtisadçı Rövşən Ağayev mətbuat konfransında səslənən fifirlərə münasibət bildirib.

Rövşən Ağayev Rövşən Ağayev

İqtisadçı qeyd edib ki, açıqlanan məlumata görə, qeyri-neft vergi yığımları cəmi 458.3 mln. manat artıb:

"Az məbləğ deyil, amma dəyişikliklərin miqyası baxımından əhəmiyyətli saymaq da çətindir.

Deyilə bilər ki, qeyri-neft özəl sektorunda 8000 manata qədər maaşlar gəlir vergisindən azad edilib. Nazirin açıqlamasına görə, bu azadolunma olmasa idi, hazırkı əmək haqqı fondu ilə həmin mənbədən 300 mln. manat daxil olacaqdı. Məlumatın reallığına şübhəm yoxdu, çünki hələ maaşlar, xüsusilə minimum əmək haqqı inidiki səviyyəyə çatmazdan öncə - 2018-ci ildə qeyd olunan mənbədən büdcəyə 199 mln. manat daxil olmuşdu.

Amma mən bu azadolunmanın təsirini kənara qoyuram - çünki büdcə sektorunda fevral ayından başalanan və sentyabr ayından da davam edən məvacib artımları, təsərrüfat hesablı dövlət müəssisələrində minimum əmək haqqı artımları nəticəsində vergiyə cəlb olunan bazanın əmək haqqı fondunun böyüməsi həmin itkini artıqlaması ilə kompensasiya etdi.

İndi çox vacib sual budur- 458 mln. manatlıq artımda şəffaflaşma və "ağarma"nın təsiri nə qədərdir, digər amillərin təsiri nə qədər?

"Digər"dediyim amillər çox önəmlidir. Söhbət sadələşdirilimiş verginin əhatə dairəsinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması və xırda biznes subyektlərinin gəlir (mənfəət) vergisi rejiminə keçməsi, regionlar üçün bu verginin güzəştli dərəcəsinin (2%) ləğv edilməsi, aksiz vergisi yükünün əhəmiyyətli dərəcədə artırılması kimi vergi yükünü ağırlaşdıran faktorlardan gedir. Bunun üzərinə inflyasiya nəticəsində nominal dövriyyənin də artımını əlavə etmək lazımdır. Məsələn, 11 ayın nəticəsinə görə, qeyri-neft ÜDM real olaraq 3.6% artdığı halda, nominal artım 7.5%-ə yaxın olub. Xüsusilə də aksizli malların (spirtli içkilərin və tütün məmulatlarının) istehsalçı qiymət indekslərin çox kəskin artım (25-30%) baş verib və inflyasiya hesabına nominal dövriyyənin böyüməsi ƏDV və aksiz kimi dövriyyə vergiləri üzrə daxilolmları da özüylə bərabər artırır".

R.Ağayev qeyd edib ki, məncə müstəqil olaraq vergi islahatlarının büdcəyə təsirlərinin qiymətləndirilməsi, bu təsirlərin hər bir amil üzrə ayrıca dəyərləndirilməsi çox vacibdir.

Düşünürəm ki, hökumət özü də bunda maraqlı olmalıdır...

Son xəbərlər
Bütün xəbərlər »