Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: "Ermənistanda növbəti çalxalanmaya hazırlıq gedir"
"Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi gündən bu yana ilk qalmaqallı cinayət hadisəsi baş verdi. Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Geori Kutoyan İrəvandakı evində öldürülmüş halda tapılıb. Onu başından güllə ilə vurublar".

Bizimyol.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistanda Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Geori Kutoyanın ölümü ilə bağlı şərh verərkən deyib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Siyasi şərhçi qeyd edib ki, 1981-ci il doğumlu Kutoyan 2011-ci ildə Ermənistan prezidentinin köməkçisi vəzifəsinə təyin olunub: "O, 2016-2018-ci illərdə isə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışıb. Başqa sözlə Kutoyan keçmiş prezident Serj Sərkiysanın ən yaxın adamlarından biri olub. Nikol Paşinyanın hakimiyyətə gəlməsiylə Kutoyan da vəzifəsini itirib.

Ermənistanda növbəti çalxalanmaya hazırlıq gedir. Kutoyanı öldürənlər Paşinyanı hədəf götürüblər. Çünki, Serj Sərkisyanın yaxın silahdaşının qətlinə görə Paşinyan hökuməti tənqid olunacaq. Bu qətldən sonra Paşinyan kriminogen vəziyyətin stabilləşməsi ilə öyünə bilməyəcək".

E.Şahinoğlu qeyd edib ki, qətlin siyasi motivləri var:

"Kutoyanı özününkülər qətlə yetiriblərsə belə diqqətlər Nikol Paşinyana yönələcək. Yəni hardan baxsan bu qətl Paşinyanın əleyhinə işləyəcək.Vaxtilə İtaliyada sağ ekstremistlər özlərinə yaxın sağ partiyanın tanınmış nümayəndəsini öldürürdülər ki, şübhələr rəqibləri olan sol ekstremistlərin üzərinə yönəlsin. Ermənistanda da eyni ssenari işləyə bilər".

Bizimyol.info

Georgi Kutoyan Georgi Kutoyan
Son xəbərlər
Bütün xəbərlər »