Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistan XİN: "İran bütün region ölkələri ilə əməkdaşlığa hazırdır"

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi Tehrana səfərinin yekununda İran hökumətinin, Səudiyyə Ərəbistanı da daxil olmaqla, bölgənin bütün ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

“RİA Novosti” xəbər verir ki, Qureyşi bundan əvvəl Tehranda İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar aparıb.

“Düşünürəm ki, iranlılar bütün region iştirakçıları ilə qarşılıqlı əlaqə qurmaq istəyirlər. Hər kəslə. Səudiyyəlilərlə, bəhreynlilərlə, suriyalılarla, iraqlılarla, liviyalılarla...”, - deyə Qureyşi Vaşinqtonda jurnalistlərlə görüşdə bildirib.

Nazirin sözlərinə görə, iranlılar dialoqa “açıqdırlar” və qeyd olunan ölkələrlə “gərginlik bölgələrini müzakirə etmək istəyirlər”.(apa)

Son xəbərlər
Bütün xəbərlər »