Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kutoyanın öldürülməsi ilə bağlı şübhələr var

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, 38 yaşlı Georgi Kutoyanın meyiti onun öz mənzilində deyil, qaynatası Tatul Bişaryanın mənzilində tapılıb. Bu haqda Ermənistan KİV-ləri hadisə yerindən bildirir.

Məlumata görə Kutoyanın meyitini onun arvadı evə gələndə aşkarlayıb. İstintaq Komitəsinin rəsmisi Artur Melikyan jurnalistlərə bildirib ki, Kutoyan gicgahından dəyən güllə ilə ölüb. Lakin otaqda çoxsaylı güllələr və boş gilizlər, habelə divarda güllə izləri aşkar edilib. “Hadisə yerində “Glock” markalı tapança aşkar edilib, həmin tapançanı o Milli Təhlükəsizlik Xidmətində işləyəndə mükafat olaraq almışdı. Ekspertiza otaqda tapılmış sursatların həmin tapançaya aid olub-olmadığını araşdıracaq”,-o deyib.

Kutoyanın ölümü ilə bağlı əsas versiya intihardır, lakin keçmiş xüsusi xidmət orqanı direktorunun qətlə yetirildiyi də istisna edilmir.(virtualaz.org)

Paylaş »
››› Finlandiya və İsveç Rusiyadan qorunmaq üçün Türkiyənin dediyini etməlidir
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »