Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Boeing” "737 MAX"da yeni problemlərin olduğunu təsdiqləyib

“Boeing” şirkəti “737 MAX” təyyarələrinin proqram təminatında yeni problemlərin olduğunu təsdiq edib.

Bu barədə şirkətin ötən istirahət günlərində sistemin sınaqlarında "737 MAX" modelinin iki bort kompüterinin bir-biri ilə əlaqəni qura bilməməsi fonunda yayılan məlumatlara dair yaydığı bəyanatda bildirilir.

"Biz lazımi yeniləmələr keçiririk və Mülki Aviasiya Federal İdarəsi (ABŞ) ilə bu dəyişikliklərin rəsmiləşdirilməsi üzərində işləyirik, biz həmçinin müştərilərimizi və təchizatçıları məlumatlandırırıq", - şirkətin yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, şirkətin səhmləri dərhal 1,9% səhm üçün 325,72 dollara qədər enib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »