Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tualetdə uşaq dünyaya gətirən ana qaçdı, körpə öldü
korpe_usaq_0455566

Türkiyənin İzmir şəhərində dövlət xəstəxanasının tualetində dünyaya gətirdiyi övladını ölü halda qoyub qaçan 19 yaşlı A.K. hüquq-mühafizə orqanları tərəfindən tutulub.

DHA-nın məlumatına görə, Torbalı Dövlət Xəstəxanasındakı qadın tualetində ölü körpə tapılıb. Qız uşağı olan körpənin üzərində olan göbək bağından yenicə dünyaya gəldiyi məlum olub. Onun ölüm səbəbi araşdırılmaq üçün cəsədi İzmir morquna göndərilib.

Xəstəxananın təhlükəsizlik kameralarına baxış zamanı adı açıqlanmayan 19 yaşlı A.K.-nın tualetdə uşaq dünyaya gətirdiyi məlum olub.

A.K. elə həmin gün tapılıb. Nişanlı olduğu biliənən A.K. gigiyenik olmayan yerdə doğuş etdiyi üçün xəstəxanaya yerləşdirilərək müalicə alıb. Müalicəsi bitən gün isə o, polis tərəfindən tutularaq ifadəsi alınıb.

A.K-nın anası Nəbiyə Kükmən də qızının cinayətinə yardım etdiyi üçün həbs edilib.

Hazırda uşağın dünyaya ölü gəldiyi və ya sonradan öldüyü araşdırılır. (Oxu.az)

Paylaş »
››› Məktəblərin yenidən bağlanması xəbərinə rəsmi açıqlama
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Sabah Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
››› "Pikap"ların saxlanılması ilə bağlı rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »