Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolda ən çox ziyan edən Türkiyə çempionatı olub: hansı klubun borcu daha çoxdur...

UEFA Avropada ən çox ziyan edən çempionatın Türkiyə Super Liqası olduğunu açıqlayıb. Türkiyə futbol klubları arasında ən çox borcu olan isə “Fənərbaxça”dır.

Bizimyol.info xəbər verir ki, “Fənərbaxça”nın 334 milyon avro borcu var. UEFA bunu 132 səhifəlik “Avropa klub futbolunun mənzərəsi” adlı maliyyə hesabatında bəyan edib.

Hesabata əsasən, ən çox gəliri olan çempionat İngiltərə Premyer Liqasıdır. Bu çempionatda bir mövsümdə gəlir 382 milyon avro olub.

Avropada 2018-ci maliyyə işində ən çox borcu olan klubların siyahısı tərtib olunub. 20 nəfərlik siyahıda Türkiyənin 3 böyük klubunun da adı var. “Fənərbaxça” 334 milyon avro borcla 6-cı, “Beşiktaş” 183 milyon avro ilə 15-ci, “Qalatasaray” isə 175 milyon avro ilə 17-cı sırada yer alıb.

Hesabatda son 10 ildə ən çox stadion inşa edən ölkələr siyahısında öndə gedənlər Türkiyə və Polşadır. Adıçəkilən ölkələr son dövrlərdə 20-dən çox stadion tikib.

Stadionlara gələn tamaşaçı sayında ən çox artımı olanların sıralamasında da “Fənərbaxça” ilk sıralarda yer alıb. Bu komandanın tamaşaçılarının sayı bir mövsümdə təxminən 7 min nəfər artıb.

“Beşiktaş” borcu olmasına baxmayaraq, Avropada ən çox gəlir əldə edən 30 klubdan biri oldu. “Ağ-qaralar” 164 milyon avroluq gəlirlə siyahıda 29-cu olub.

Son xəbərlər
Bütün xəbərlər »