Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkilləri saytlarda yayılan qadın hakim ölkəsinə qayıtmaqdan qorxur - Fotolar

İranlı şahmat hakimi Şöhrə Bayat dünya çempionatında başında örtük olmadan çəkilən fotolarına görə ölkəsinə qayıda bilmir. Bayat İrana qayıdan kimi həbs olunacağını düşünür.

Bizimyol.info xəbər verir ki, şahmatda A kateqoriyasında hakimlər arasında qadınlar azdır. İranlı qadın hakimin 32 yaşı var. O, Şanxayda qadınlar arasında keçirilən dünya çempionatında hakimlik edib.

Şöhrə Bayat Şöhrə Bayat

“Telefonumu açanda fotolarımın bir çox saytlarda yayımlandığını gördüm. Başım açıq olduğu, örtüyə qarşı etiraz etdiyim yazılmışdı”, - iranlı hakim bildirib.

Şöhrə Bayat Şöhrə Bayat

Bayat deyir ki, turnirdə də başını örtürdü. Amma özü bunun tərəfdarı deyil: “Açığı, İranda məcburi olduğu üçün başımı örtürəm. Ancaq səmimi fikrimi soruşsanız, bu, insanların şəxsi istəklərinə bağlı məsələdir”.

Şöhrə Bayat Şöhrə Bayat

Bayat internetdə fotolarını və ona təpkiləri görəndə həyəcanlandığını da gizlətməyib. O, baş örtüyünə görə İranda bir çox qadınların həbs olunduğunu yada salıb.

Son xəbərlər
Bütün xəbərlər »