Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailəsi zorla 50 yaşlı kişiyə verdiyinə görə 16 yaşlı qız intihar etdi

Ailəsi 16 yaşlı qızı məcburi şəkildə 50 yaşlı kişiyə ərə vermək istəyib. Bu üzdən yeniyetmə özünə qəsd edib.

Bizimyol.info xəbər verir ki, hadisə Rusiyanın Yekaterinburq şəhərində baş verib. Bu haqda “Podyom” jurnalı məlumat yayıb.

Məlumatda deyilir ki, qız məktəbdə dərslərini yaxşı oxuyub. Amma valideynləri onu ərə vermək istədiyinə görə 9-cu sinifdən sonra təhsilini davam etdirməyib. Valideynlərinin onu ərə vermək istədiyi kişinin isə 50 yaşı olub. Qızın valideynləri də, həmin kişi də yezidi kürdlərdən imiş. Jurnal xatırladır ki, onların inancına görə, 16 yaşdan nikaha daxil olmaq olar.

İntihar hadisəsindən öncə ailəsi qızı gələcək kürəkənin yaşadığı Omsk şəhərinə aparıblar ki, kişi onu görsün.

Yeniyetmə qızın ölümüylə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 110-cu (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Son xəbərlər
Bütün xəbərlər »