Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Xəlifə Haftar etibarlı adam deyil”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftarın Liviya Milli Razılıq hökuməti ilə sülh müqaviləsi imzalamağa hazır olması barədə açıqlamasına münasibət bildirib.

İHA xəbər verir ki, R.T.Ərdoğan marşal X.Haftarın etibarlı adam olmadığını söyləyib.

“Hər şey Berlində məlum olacaq”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Liviya Milli Ordusunun rəhbəri Xəlifə Həftər yanvarın 17-də Afinada Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla görüşdə müəyyən şərtlərlə sülh müqaviləsini imzalayacağına söz verib.

Xatırladaq ki, yanvarın 14-də Almaniyanın paytaxtı Berlində Liviya münaqişəsinin tənzimlənməsinə həsr olunan konfrans keçiriləcək. Konfransa ABŞ, Rusiya, Türkiyə, Misir, Avropa İttifaqı, BMT nümayəndələri və digər ölkələrin təmsilçiləri dəvət edilib.(report)

Son xəbərlər
Bütün xəbərlər »