Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktorunun meyiti tapılıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyanın meyiti tapılıb.

"Armenpress"in verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutunyan bildirib.

G.Kutoyanın güllə yaraları olan meyiti Yerevanda yerləşən mənzildə aşkarlanıb. Onun öldürüldüyü, yaxud intihar etdiyi hələlik məlum deyil.

Ermənistan İstintaq Komitəsinin rəis müavini Artur Melikyan və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Qeyd edək ki, G.Kutoyan 2016-2018-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub.(apa)

Son xəbərlər
Bütün xəbərlər »