Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK sədri: "Çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək"

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında bir sıra namizədlərin müraciətinə baxıb.

İclasda namizədlərin əmlakları barədə düzgün məlumat göstərmədikləri üçün qeydə alınmadıqları bildirilib. Həmin müraciətlər MSK iclasında müzakirə edilərək namizədlərin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, əmlakı barədə düzgün məlumat göstərməyən namizədə kömək etmək mümkün deyil: “Əmlakla bağlı məsələ haqqında namizəd özü məlumat verməlidir. Biz istəsək də, əmlakla bağlı məsələni nəzərə ala bilmirik”.

M. Pənahov bildirib ki, bütün namizədlər əmlak və gəlirlərini açıqlamalıdır, bu, Seçki Məcəlləsinin tələbidir: “Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, onları namizədin xeyrinə həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.(apa)

Son xəbərlər
Bütün xəbərlər »