Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat seçilmək istəməyən ziyalılarımız - Deputat ailəsinin büdcəsini doldurmaq üçün seçilmir

Parlament seçkilərinə bir aydan az vaxt qalıb. Bu gündən namizədlərin təşviqat kampaniyası da başlandı. Amma parlamentdə görmək istədiyimiz tanınmış simaların bir çoxunu namizədlər arasında görə bilməməkdən də məyusluq duyuruq. Xalqın sözünü deyən, sözünün dəyəri, çəkisi olan el adamlarının adlarına rast gəlmədik. Görəsən niyə? Onlar seçkilərə inanmadılar, yoxsa seçilmək istəmədilər? Bizimyol.info-nun suallarını və verilən cavabları təqdim edirik.

İlham İsmayıl İlham İsmayıl

Politoloq İlham İsmayıl: Seçkilərin şəffaf keçirilməsinə inamım yoxdur. Deputatlar seçilmirlər təyin olunurlar. Ona görə istəmirəm ki, əziyyət çəkim əziyyətim batsın. Bu psixoloji cəhətdən də pis təsir edir.

“Seçmək faktiki olaraq seçicilərin ixtiyarında deyi. İnsanların iradəsinə hesablanmadığını görürəm eşidirəm, əziyyəti çəkib mübarizə apar, amma nəticə olmasın. Bilərəkdən nəticəsiz elan edilməsi ruhən yorur. İndi siyahılardan da hiss olunur kimlər təyin olunacaq. Parlamentin buraxılmasının nəyə xidmət etməsi məlumdur. Müti parlamentr idi , dedilər “özünü burax” əllərini qaldırdılar göyə, “hə” dedilər getdilər, gələnlər də bunlardan çətin fərqlənə. Burda əslində məqsəd hamını qəfil, hazırlıqlsız yaxalamaq idi. Istər ölkə ictimaiyyətini, müxalifəti, istərsə də hesabat tələb edən Qərb dünyasını, beynəlxalq aləmi. Məqsəd tez-tələsik məsələni həll etməyə yönəlib.Qul təfəkkürü ləğv olunmayana qədər dəyişiklik gözləməyə dəyməz.İndi elə bundan öncəkinə bənzəyən müti parlament formalaşdırılır sadəcə bir az forması dəyişəcək”.

Qubad İbadoğlu Qubad İbadoğlu

İqtisadçı alim Qubad İbadoğlu: Dekabrın 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ali Məclisinin iclasında qərara aldıq ki, seçkilərdə iştirak etməyək.

ADR Hərəkatı seçki qanunvericiyində islahatların aparılmaması, seçki komissiyalarının paritet əsaslarla təşkil olunmaması, seçki prosesində inzibatı resurslardan hakim partiyanın xeyrinə istifadə edilməsi, ölkədə siyası məhbusların sayının çoxalmasını, sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasını əsas götürərək 9 fevral 2020-ci ilə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakdan imtina edib.

Ali Məclis 2020-ci il üçün Fəaliyyət Proqramını geniş müzakirədən sonra qəbul edib. Növbəti ilin Fəaliyyət Proqramının əsas hədəfi ADR Hərəkatının siyası təşkilata transformasiya olunmasıdır. Odur ki, ADR Hərəkatının 2-ci Ümumi Yığıncağının keçirilməsinə hazırlıq üzrə Təşkilat Komitəsini formalaşdırıb. Fəaliyyət proqramında yaradılacaq siyası təşkilatın ideoloji bazasını müəyyənləşdirmək üçün ictimai müzalkirələrin aparılması nəzərdə tutulub. Bununla bağlı ADR Hərəkatının Analitik Mərkəzinin yaradılmasına da qərar verilib.

Azərbaycanda ideoloji bazada ictimai təşkilatlanma təcrübəsi yalnız 1989-90-cı illərdə olub, o zaman anti-kommunist ideologiyasının daşıyıcıları olan millətçilər dövlət müstəqilliyinin bərpası üçün xalq hərəkatında birləşdilər. Onların ardıcıl mübarizəsinin nəticəsi olaraq mövcud üsul-idarənin siyasi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğradı, 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyi bərpa olundu. Lakin, 1992-93-cü illərdə demokratik qüvvələrin hakimiyyəti dövründə hökmran mövqeyə malik olan millətçilik kollektiv inam və düşüncə səviyyəsinə qalxa bilmədi, sonradan milli azadlıq hərəkatının bazasında yaranan yeni siyasi təşkilatlar ideoloji əsasda deyil, opportunist mənafelər və merkantilist maraqlar ətrafında formalaşdı. Ona görə də hakimiyyətə münasibətdə sərgilədiyi mövqeyindən asılı olmayaraq heç bir siyasi təşkilat kollektiv şüur dəyərlərinə əsaslanan qrup ideyası kimi cəmiyyətin fəal kəsimini ətrafına toplayıb, onları bir ideya ətrafına toplaya bilmədi. Elə o vaxtdan bəri ölkədə ideoloji boşluq hökm sürməkdədir. Dünən sosial mediadakı aparıcı mövzu ətrafında müzakirələr bunu açıq-aydın göstərdi. Bir daha əmin oldum ki, yaranmış boşluğu doldurmaq üçün ilk növbədə maarifçilik güclənməli, milli kimliyi olan vətəndaş yetişməli, siyasi partiyalar da öz növbəsində sivil ideoloji bazaya əsaslanaraq yenidən təşkilatlanmalıdır. Əks təqdirdə nəinki Qarabağı, hətta Azərbaycanı da itirə bilərik.

Kəmalə Ağazadə Kəmalə Ağazadə

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə: Məni yetərincə bütün bölgələrdən sevib seçiblər o kürsü mənlik deyil. 10 il dövlət qurumundakı kreslomda 4-5 dəfə oturdumsa üzümə lənət. İşlədim amma dayanmadan. Mən işləmək istəyirəm oturmaq yox. Baxıb Mehriban xanımdan da örnək götürsünlər. Kreslo onları seçicilərə yaxınlaşdırmayacaq əksinə, uzaqlaşdıracaq. Yatanları görmədikmi? Vallah siyahılara baxanda düşünürəm ki, iddialı olmaq yaxşıdır amma nəyə? Gücünüz yetəcəkmi millət vəkili yox,millətin vəkili olmağa

Hər birinə uğurlar olsun,vallah heç vaxt iddiam olmayıb amma peşəkar insanların,həm də insanpərvərlərin orda olmasını çox istəyirəm. Millətin vəkili,ailəsinin büdcəsini doldurmaq üçün seçilmir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »