Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın cənubundakı tüstü dumanı etirazlara səbəb olub - Video

Bosniya-Herseqovinanın Tuzla şəhərindəki nümayişçilər, hökumətdən çirklənmə ilə əlaqədar tədbirlər görməsini tələb edirlər.

Bizimyol.info xəbər verir ki, Avropanın cənubundakı şəhərlərdə havanın təhlükəli dərəcədə çiklənməsi və tüstü dumanı yaranıb. Buna səbəb reginda havanın günəşli və yüngül küləkli olmasıdır.

Çirklənməni azaltmaq üçün İtaliyanın böyük şəhərlərində, o cümlədən paytaxt Romada dizel nəqliyyat vasitələrinə müvəqqəti qadağalar tətbiq edilib. Romada pik vaxtlarında dizel avtomobillərinə, mikroavtobuslara və motosikletlərə küçələrə çıxmaq qadağan edilib. Digər çirkləndirici vasitələr də tamamilə yasaqlanıb.

Yaxın üç gün ərzində qüvvədə olacaq qadağalar nəticəsində bir milyona yaxın nəqliyyat vasitəsinin hərəkətində məhdudiyyət yaranacağı bildirilir.

İtaliyanın "Il Messaggero" qəzeti xəbər verir ki, Romada havada olan zərərli maddələrin izləndiyi 13 ərazidən ən azı doqquzunda - PM10 kimi tanınan incə toz - bu həftə maksimum həddi aşıb.

PM10 və PM2.5 hissəciklərinin yüksək konsentrasiyası sağlamlıq üçün ciddi təhlükə yarada bilər, çünki ağciyərlərə dərin nüfuz edə biləcək qədər kiçikdir.

Hzırda, Bosniya-Herseqovinanın ətrafındakı şəhər və qəsəbələrdə etiraz aksiyaları davam edir.

Çərşənbə günü, əleyhiqaz və üz maskaları taxan yüzlərlə insan, havanın keyfiyyətini yaxşılaşdırmaq üçün təcili tədbirlər görmək tələbi ilə küçələrə çıxıblar. Paytaxt Sarayevoda hökumət rəsmiləri çirklənmənin qarşısını almaq tədbirlərini müzakirə etmək üçün təcili iclaslar keçirib.

Həftə sonu yollarda nəqliyyat vasitələrinin sayının azaldılması üçün tədbirlər planı hazırlanıb.

Yerli sakinlərə həmçinin hava təmiz olduğu dağlara getmək tövsiyə olunub. Bunun üçün şəhər əhalisinə ucuz biletlər təşkil edilib.

Etiraz aksiyalarının bu günü də davam edəcəyi bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »