Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fədakar ana oğlunun oxuması üçün evini satıb: ən gənc pilotun hekayəsi - Foto

Böyük Britaniyada bir ananın fədakarlıq aktından danışırlar. 42 yaşlı Frenses oğlunun oxuması üçün evini satıbmış.

Bizimyol.info xəbər verir ki, Set Van Beek 8 yaşından pilot olmaq istədiyini deyirmiş. Ana oğlunun arzusunun həyata keçməsi üçün vacib addım atmaq qərarına gəlir. Evini 85 min funt sterlinqə sataraq təhsilə yatırır. İndi 18 yaşlı Set Böyük Britaniyanın ən gənc pilotu sayılır.

Yunanıstanda təhsil alan oğul ananın etimadını doğruldur. İndi buna görə özünü çox xoşbəxt sayır: “Anam bizi həmişə tətilə aparırdı. Çoxlu təyyarəyə minirdik. Uçmaqla bağlı hər şeyi sevdim. Hətta 300 tonluq metalın 12 saat dayanmadan uçmasını da. Anamın sayəsində xəyalıma çatdım”.

Fədakar ana oğlunun oxuması üçün evini satıb: ən gənc pilotun hekayəsi - Foto

2018-ci ilin yanvarında təhsilə başlayan Set 18 aylıq marafonu uğurla başa vurub. Yunanıstandakı Kavala hava limanında baş tutan 14 sınağın da öhdəsindən layiqincə gəlib. İndi onun daha bir arzusu var: “British Airways”da işləmək.

Son xəbərlər
Bütün xəbərlər »