Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus pulunun “öləcəyini” proqnozlaşdırırlar

Rus rublunun gələcəyi o qədər də yaxşı görünmür. Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının struktur tədqiqatları mərkəzinin rəhbəri Aleksey Vedev qonşu ölkənin milli valyutası ilə bağlı bədbin proqnoz verib.

Bizimyol.info xəbər verir ki, mərkəz rəhbəri rublun dollara nisbətdə 200 həddinə çatacağını bildirib. İqtisadçı rus pulunun heç vaxt güclənməyəcəyini söyləyib: “Maliyyə Nazirliyi büdcə qaydaları ilə rublun məzənnəsini tənzimləməyə çalışır. Amma bazarın bütün iştirakçıları başa düşür ki, bir dollar 200 rubl olar, 40-a doğru hərəkət etməz. Zəif milli valyutanın iqtisadiyyat üçün faydaları haqqında məşhur nəzəriyyə yalandır”.

Bir çox mütəxəssislərin fikrincə, Rusiya Mərkəzi Bankının özünü Maliyyə Nazirlyinin agenti kimi aparması rublun zəifləməsi ilə nəticələnir. Çoxlu xarici valyuta alınır. Bu da rublun məzənnəsinə yaxşı təsir göstərmir.

Son xəbərlər
Bütün xəbərlər »