Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Medvedevin öncədən istefadan xəbəri olmayıb, pis şeylər onun boynuna atılacaq”

Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putin baş naziri və bütün hökuməti istefaya göndərib. Baş nazir Medvedevin hansı vəzifəni tutacağı, bundan sonra nə iş görəcəyi isə çox maraqlıydı.

Putin bildirib ki, bundan sonra Medvedev Dövlət Şurası sədrinin müavini vəzifəsini icra edəcək. Rusiya KİV-ləriin məlumatına görə Putin bu postu məhz Medvedev üçün təsis edib.

Sədr vəzifəsi isə qanunla Rusiya Prezidentinə aiddir. Yeni vəzifədə Medvedev müdafiə qabiliyyəti və təhlükəsizlik məsəslələri ilə məşğul olacaq. Yeni hökumət təşkil olunana qədər Medvedev baş nazir səlahiyyətlərini yerinə yetirəcək. Bundan əlavə Medvedev həm də “Vahid Rusiya” partiyasının sədridir.

Dmitri Badovski Dmitri Badovski

Artıq onların bu məsləylə bağlı şəxsi görüş keçirəcəkləri də məlumdur. Rusiyalı politoloq Dmitri Badovski Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, Medvedevin öncədən istefadan xəbəri olmayıb və bu qərar onun üçün gözlənilməz idi.

“Putin yanvarın 15-də öz qərarı barədə məlumat verdikdən sonra Putin və Medvedev arasında işgüzar görüş keçirilib.

Yeni kabinet təşkil edilənə qədər, Medvedev öz vəzifəsində qalacaq”. Politoloqun fikrinə görə, Medvedevin istefaya göndərilməsinə səbəb dövlət başçısının may ayında verdiyi fərmanın düzgün yerinə yetirilməməsi olub. Bu barədə hətta Ağ Ev də əminliklə danışır.

Moskva, Kreml Moskva, Kreml / Foto: Pixabay.com

2012-ci ildə hökumət qarşısında investisiyaların ÜDM-də payını artırmaq, əməyin istehsal qabiliyyətini yüksəltmək, biznesin asanlaşdırılması, əmək halarının yüksəldilməsi kimi məsələlər qoyulmuşdu.

Lakin böyük islahatlar aparılmadı, daha sonra neft qiymətləri endi, sanksiyalar, devavasiya kimi amillər iqtisadiyyatın artım tempinin ləngiməsinə, kapitalın toplanmasına və ÜDM-nin azalmasına səbəb oldu. Nəticədə qiymətlər qalxdı, rusiayıların gəlirləri azaldı. 2018-ci ildə hökumət makroiqtisadi islahatlar nəticəsində yalnız sabitliyə nail ola bildi. Lakin əhalinin gəlirləri artmadı. Medvedev çətin və mürəkkəb qərarlara görə məsuliyyət daşımaq istəmirdi, bütün qərarlar birbaşa prezidentlə razılaşdırılırdı. Buna görə onu daha aktiv idarəedici ilə dəyişmək qərarı verildi. Medvedevin Dövlət şurasında sədr müavini postuna qoyulması bunu deməyə əsas verir ki, Putin tələbəlik dostunu heç də bir kənara atmaq niyyətində deyil.”Kimsə baş verən pis şeylərə görə də cavab verməlidir, lider isə dövlətdə baş verən bütün yaxşı hallara görə cavabdehdir. Buna görə Medvedev Putinə hələ lazım olacaq”, - deyə politoloq Bizimyol.info-ya bildirib.

NBC News isə yazır ki, Putin və Medvedev gələcəkdə yenə keçmişdə olduğu kimi yer dəyişə bilərlər.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »